Millimiz qələbə qazandı
Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib. Siyasət Əsgərovun yetirmələri səfərdə Litva yığmasına 2:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, turnirin ilk oyununda yığmamız evdə Monteneqro ilə heç-heçə edib (0:0).
UEFA Millətlər Liqası
C Liqası, 4-cü qrup
4 aprel
19:30. Litva – Azərbaycan – 0:2
Qollar: Manya, 21 (0:1), Mirzəliyeva, 55 (0:2).