Millimiz pley-offda
Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında ikinci oyununu keçirib. Elşad Quliyevin komandası İtaliya yığmasını sınağa çəkib.
Görüşdə hesabı italiyalılar hesabı açsalar da, millimiz əzmkarlıq nümayiş etdirib. 2:1 hesabı ilə qalib gələn yığmamız vahid lider edib. Bu nəticədən sonra komandamız pley-offa vəsiqəni təmin edib. Futbolçularımız son turda Fransa ilə qrup liderliyi ilə uğrunda yarışacaq.
F qrupun digər matçında isə Fransa Belçika ilə qarşılaşıb. Oyun 3:3 hesabı ilə yekunlaşıb.