Millimiz mübarizəni dayandırdı
Minifutbol üzrə Avropa çempionatı davam edir. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan yarışda 1/4 final matçları keçirilib.
Azərbaycan millisi Qazaxıstanla üz-üzə gəlib. Çempionatda keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Elşad Quliyevin yetirmələri seriyasını davam etdirə bilməyiblər. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatdığından qalib penalti seriyasında bəlli olub. 7:6 hesabı ilə qalib gələn Qazaxıstan yarımfinala vəsiqə qazanıb.