Millimiz mübarizəni dayandırdı

Millimiz mübarizəni dayandırdı

Bu gün basketbolun 3×3 növü üzrə Qadın seriyasının Quba mərhələsinə start verilib. 8 komanda iki qrupda mübarizə aparıb.

Azərbaycan təmsilçisi “Baku Fleyms” A qrupunda üç oyun keçirib. Havva Nastakalova, Sali Al-Xuri, Nailə Əlisultanova və Ləman İbrahimovadan ibarət komandamız Niderland, Çin U-24 və Avstraliya ilə görüşüb. Komandamız hər 3 oyunda qələbə əldə edə bilməyib və nəticədə mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Cəlal Hüseynovlu “Arda” məğlub oldu

Növbəti yazı

Gilmor “Napoli”nin hədəfində