Millimiz məğlub oldu


Kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son səfər matçına çıxıb.

Tahir Baxşıyevin yetirmələri Bakıda məğlub etdikləri Kosovonun qonağı olublar. Millimiz oyuna yaxşı başlasa da, meydan sahibləri sonradan hesabda önə keçiblər. Komandamız görüşü 79:81 hesabı ilə uduzub. Məğlubiyyət nəticəsində yığmamız sonuncu pilləyə enib.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, V tur
20 fevral
22:30. Kosovo – Azərbaycan – 81:79 (20:21, 23:20, 17:18, 21:20)
Hakimlər: Stilianos Simeonidis (Yunanıstan), Mehmet Şahin (Türkiyə), Mladen Luçiç (Monteneqro)
Priştina. Gənclər və İdman Sarayı

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”da ayrılıq

Növbəti yazı

Millimizin oyunu təxirə salına bilər