Millimiz məğlub oldu
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Siyasət Əsgərovun yetirmələri B liqasının I qrupunda son ev görüşündə Macarıstanı qəbul edib. Oyun qonaq komandanın böyükhesablı qələbəsi ilə yekunlaşıb. Macarlar 5:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, millimiz dörd gündən sonra səfərdə İsveçrə ilə üz-üzə gələcək.