Millimiz məğlub oldu

Millimiz məğlub oldu

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.

Yığmamız növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində yeganə qolu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.

Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.10.2025

Növbəti yazı

“Sərhədçi”dən əzmkar qələbə