Millimiz məğlub oldu

Millimiz məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib. Komanda Fransada İsraillə qarşılaşıb.

Görüşdə hesabı 39-cu dəqiqədə israilli Tamir Bar açıb. 45+1-ci dəqiqədə millimizin oyunçusu Samir Şərifov hesabı bərabərləşdirib – 1:1.

İkinci hissəsə 47-ci dəqiqədə Bar komandasını yenə irəli çıxarıb. 71-ci dəqiqədə İsrail millisinin oyunçusu Liam Luski penaltini yerinə yetirə bilməyib. 83-cü dəqiqədə isə Adam Qrimberq hesab arasındakı fərqi artırıb – 3:1. 90-cı dəqiqədə Erets Didi daha bir qol vurub – 4:1. 90+4-də isə Ben Suares oyunun yekun hesabını müəyyən edib – 5:1.

90-cı dəqiqədə millimizin oyunçusu Amin Rzayev qırmızı vərəqə alaraq meydandan çıxarılıb.

ETOPAZ

Əvvəlki yazı

Ukrayna millisində itki

Növbəti yazı

”Sabah”dan inamlı qələbə