Millimiz məğlub oldu

Millimiz məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. U-17 Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kapbreton şəhərindəki “Burre” stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 8:0. Azərbaycan millisinin oyunçusu Səttar Tahirzadə 66-cı dəqiqədə qırmızı vərəqə alaraq meydançadan qovulub.

Aqil Nəbiyevin rəhbərlik etdiyi yığma oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya yığmaları ilə qarşılaşacaq.

Seçmə mərhələnin bütün oyunları Fransada keçirilir. Son Avropa çempionu Portuqaliyadır.

ETOPAZ

Əvvəlki yazı

“Gəncə”də yeni legioner

Növbəti yazı

Due “Real”ın hədəfində