Millimiz İsveçi darmadağın etdi
Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız AVRO-2024-ün seçmə mərhələsində son ev matçına çıxıb.
Canni de Byazinin yetirmələri qarşılaşmanın taleyini erkən qollarla həll ediblər. İlk 6 dəqiqədə Emin Mahmudovla Renat Dadaşov şimallıların qapısına yol tapıblar.
İkinci hissənin əvvəlində azlıqda qalan yığmamız üstünlüyünü sonadək qorumaqla yanaşı, fərqi də artırıb. Son dəqiqələrdə təxminən 50 metrdən qol vuran Emin Mahmudov dublunu rəsmiləşdirib. Yığmamız İsveçi 3:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 7-yə çatdıran millimiz F qrupunda 4-cü yerdə qərarlaşıb.