Millimiz İslandiyadan əliboş dönür
Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb. Fernandu Santuşun rəhbərlik etdiyi komanda səfərdə İslandiya ilə qarşılaşıb.
Reykyavikdə baş tutan meydan sahiblərinin üstünlüyü ilə keçib. Oyunda hesab ilk yarının sonlarında açılıb. İkinci hissədə daha 4 qol vuran İslandiya darmadağına sevinib – 5:0.
DÇ-2026
Seçmə mərhələ, I tur
22:45. İslandiya – Azərbaycan 5:0
Qollar: Viktor Palsson, 45+2, İsak Berqmann Yohannesso, 47, 55, Albert Qudmundsson, 66, Kristian Hlinsson, 72












