Millimiz İslamiadanın qalibi oldu
Azərbaycanın qadın 3×3 basketbol millisi VI İslam Həmrəyliyi Oyunlarında final matçına çıxıb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışın həlledici görüşündə komandamız Türkiyə yığması ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyunda millimiz rəqibini 21:13 hesabı ilə məğlub edərək turnirin qızıl medalına sahib olub.
Qeyd edək ki, yığmamız ardıcıl üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarının çempionu olub












