Millimiz ili 127-ci pillədə başa vurdu
FIFA-nın milli komandalar üzrə yenilənmiş reytinqi açıqlanıb. Nəticələrə əsasən, Azərbaycan milli komandası 1132.97 xalla 127-ci pillədə yerini qoruyub.
Kipr yığması (1128.5) millimizdən bir pillə aşağıdadır. Malavi isə yığmamızı qabaqlayır və komandamızdan bir pillə yuxarıda qərarlaşıb – 1133.75.
Qeyd edək ki, siyahıya 1877.18 xalla İspaniya millisi başçılıq edir.










