Millimiz Haiti ilə bacarmadı

Millimiz Haiti ilə bacarmadı

Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız 2025-ci ildə ilk sınağına çıxıb.

Fernandu Santuşun yetirmələri yoldaşlıq görüşündə Haitini qəbul edib. Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.

İlk dəfə Sumqayıtda meydana çıxan millimiz doğma azarkeşləri önündə böyükhesablı məğlubiyyətə üzülüb – 0:3. Dubla imza atan Frontdi Pyero 9-cu və 63-cü dəqiqələrdə fərqlənib. Hakimin final fitinə 7 dəqiqə qalmış isə Denli Jan-Jak fərqi üç topa çatdırıb.

Qeyd edək ki, millimiz martın 25-də Bakıda Belarusla yoldaşlıq oyunu keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

40 oyunda 39 qol

Növbəti yazı

Torresə üç müştəri