Millimiz Fransa ilə bacarmadı
DÇ-2026-nın seçmə mərhələsinin son turunun matçları davam edir. Azərbaycan millisi də növbəti oyununa çıxıb.
Yığmamız Fransa ilə qarşılaşıb. Görüşə komandamız üstün başlayıb. Renat Dadaşov hesabı açıb. Lakin fransızlar erkən ayılıblar. Jon Filip Mateta hesabı bərabərləşdirib. Daha sonra Maqnes Akliuş komandasını önə keçirib. Çox keçmədən Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub – 1:3.
Qeyd edək ki, Azərbaycan millisi 1 xalla qrup sonuncusu olub.













