Millimiz finalda
Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.
Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.
Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub.
Qeyd edək ki, millimizin rəqibi Macarıstan matçında müəyyənləşəcək.