Millimiz finala yüksəldi

Millimiz finala yüksəldi

Azərbaycanın qadın 3×3 basketbol millisi VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışın yarımfinal mərhələsində komandamız Misir yığması ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunda millimiz rəqibini 22:15 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycanın bu gün keçiriləcək həlledici qarşılaşmadakı rəqibi İran – Türkiyə cütünün qalibi olacaq.

ETOPAZ

Əvvəlki yazı

Rəşad Eyyubov: “3 xal və qələbə məni sevindirir”

Növbəti yazı

Günün kuponu – 20.11.2025