Millimiz Ermənistanı məğlub etdi
18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda növbəti matçını keçirib. Millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışın qrup mərhələsinin son turunda Ermənistanla görüşüb.
İlk iki turda qələbələri sıralayan yığmamız bu dəfə də meydandan qalib ayrılıb. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda rəqibini böyük fərqlə darmadağın edib. Qrup mərhələsini yüz faizlik nəticə ilə bitirən millimiz yarımfinalda A qrupunun ikincisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal matçları iyulun 27-də keçiriləcək.