Millimiz Ermənistana qalib gəldi
Basketbolun 3×3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunun təsnifat mərhələsində ilk matçını keçirib. Yığmamız Ermənistanla qarşılaşıb.
Görüş Kosovonun paytaxtı Priştinada yarışın I turunda baş tutub. B qrupunda mübarizə aparan millimiz rəqibini darmadağın edib – 21:9.
Turnirə qələbə ilə başlayan yığmamız bu gün daha üç matça çıxacaq. Cordan Deangelo Devis, Amil Həmzəyev, Cəbrayıl Əkbərov və Endar Poladxanlıdan ibarət komandamız ev sahibləri, Kipr və Albaniya ilə üz-üzə gələcək.