Millimiz daha bir yoxlama matçı keçirəcək
Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Komandamız Haiti yığması ilə qarşılaşacaq. Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Matçın başlama saatı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.