Millimiz çempion oldu

Millimiz çempion oldu

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin qalibi olub. Həlledici oyunda komandamız Latviyanı 15:12 hesabı ilə məğlub edib.

Ratomir Deliçin baş məşqçisi olduğu yığma qrupda keçirdiyi matçlarda Çexiyaya 20:12 və Slovakiyaya 21:8 hesabı ilə qalib gəlib. Son oyundakı qələbə sayəsində basketbolçularımız qrup lideri kimi 1/4 finala yüksəliblər.

Azərbaycan komandası daha sonra Çin millisinə 18:12 və yarımfinalda “CS Rapid” komandasına 21:15 hesabları ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Piastridən növbəti çempionluq

Növbəti yazı

Rodriqonun transfer qiyməti bəlli oldu