Millimiz bir pillə irəlilədi
Millətlər Liqasının noyabr oyunları ərəfəsində yığmaların canlı FİFA reytinqindəki mövqeləri bəlli olub. Azərbaycan millisi 1161,80 xalla siyahıda 117-cidir.
FİFA-nın son cədvəlində 118-ci olan Fernandu Santuşun yetirmələri bir addım irəliləyib. Buna Zimbabve yığması səbəb olub.
Afrika təmsilçisi aldığı ardıcıl məğlubiyyətlərlə 6,40 xal itirib. Zimbabvenin 117-ci yerdən 120-ci pilləyə yuvarlanması isə millimizi sevindirib.
Qeyd edək ki, FİFA rəsmi reytinq siyahısını noyabrın 28-də açıqlayacaq.