Millimiz bir pillə gerilədi

Millimiz bir pillə gerilədi

Millətlər Liqasında 1/4 final və pley-offun cavab oyunlarından sonra canlı FİFA reytinqində yerdəyişmələr baş verib. Azərbaycan millisinin də indiki an üçün mövqeyi bəlli olub.

Yığmamız hazırda dünyanın 118-cisidir. Komandamızın hesabında 1154,91 xal var.

Fernandu Santuşun yetirmələri FİFA-nın son cədvəlindəki mövqeyini 1 pillə pisləşdirib. Yoldaşlıq görüşündə Haitiyə 0:3 hesablı ev məğlubiyyəti 3,79 xal itkisinə səbəb olub. Bu da Liviyanın Azərbaycanı keçməsinə səbəb olub.

Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu sabah Belarusa qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

ABL-də XX turun cədvəli açıqlandı

Növbəti yazı

Ronaldodan yeni rekord