Millimiz beynəlxalq turnirin qalibi oldu

Millimiz beynəlxalq turnirin qalibi oldu

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ikinci oyuna çıxıb.

Yığmamız paytaxt Dəkkədə yerləşən Milli Stadiondakı son matçında yerli komanda ilə qarşılaşıb.

İlk görüşündə Malayziya seçməsi üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun yetirmələri Banqladeş yığmasını da 2:1 hesabı ilə məğlub edib.

Komandamızın heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya vurub.

Bununla da millimiz 6 xalla “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 03.12.2025

Növbəti yazı

“Zirə” “Neftçi”ni mübarizədən kənarlaşdırdı