Millimiz Belqradda məğlub oldu

Millimiz Belqradda məğlub oldu

Azərbaycan milli komandası növbəti oyununu keçirib. Yığmamız DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin VIII turunda Serbiya ilə qarşılaşıb.

Belqraddakı Rayko Mitiç stadionunda keçirilən görüş məhsuldar alınıb. Matçın hər hissəsində iki qol vurulub.

İlk yarıda meydan sahibləri hesabı açıblar. Duşan Vlahoviç penalti zərbəsini dəqiq yerinə yetirib. Bu epizodda sarı vərəqə alan Höccət Haqverdi cəzalı duruma düşdüyü üçün tsiklin son matçında Lüksemburqa qarşı forma geyinməyəcək. Canni de Byazinin baş məşqçisi olduğu komandamız hissənin uzatma dəqiqələrində hesabı bərabərləşdirib. Emin Mahmudov Serbiya yığmasının qapısına yol tapıb.

Fasilədən sonda daha iki qol vuran balkanlılar qələbə qazanıb. Öncə Duşan Vlahoviç dublunu rəsmiləşdirib, ardınca Duşan Tadiç penaltini dəqiq yerinə yetirib. Beləliklə, millimiz səfərdə 1:3 hesabı ilə uduzub.

7 oyunda 1 xal toplayan yığmamız qrup sonuncusu olub. Komandamız son görüşündə Lüksemburqa qalib gəlsə belə 4-cü pillədəki İrlandiya ilə 4 xallıq fərqi aradan qaldıra bilməyəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.10.2021

Növbəti yazı

Danimarka DÇ-2022-yə vəsiqə qazandı