Millimiz Belçika ilə bacarmadı
Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə görüşüb.
Matç “Dalğa Arena”da baş tutub. Əvvəlki üç qarşılaşmada bir xal toplayan Canni de Byazinin yetirmələri güclü rəqiblə bacarmayıb.
Oyunun taleyini Yannik Karraskonun qolu həll edib. Bu top Belçika yığmasına 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, millimiz üç gündən sonra yoxlama oyununda İordaniya ilə qarşılaşacaq.