Millimiz Belarusla qarşılaşacaq
Azərbaycan millisinin 2025-ci ildə keçirəcəyi yoldaşlıq oyunlarındakı rəqiblərindən biri bəlli olub. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Fernandu Santuşun yetirmələri Belarusla qarşılaşacaq.
Matç martın 25-də Bakıda baş tutacaq. Görüşün başlama saatı və stadionu hələ dəqiqləşməyib.