Millimiz Belarusla qarşılaşacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışı keçəcək. Bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat yayılıb.
İyunun 25-də Minskə yollanacaq komandamız iyunun 28-də və iyulun 1-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Oyunların təşkil olunacağı stadion və başlama saatı isə bəlli deyil.