Millimiz Avstriyaya məğlub oldu
Avro-2024-ün seçmə mərhələsinə start verilib. Millimiz Avstriyanın qonağı olub.
Görüş meydan sahiblərinin fəallığı ilə başlayıb. Mərkəzi avropalılar 27 və 29-cu dəqiqələrdə 2 qol vurub. İkinci yarıda da meydan sahibləri fərqlənməyi bacarıb. Hissənin ortalarında Emin Mahmudov adını tabloya yazdırıb. Lakin Avstriya futbolçuları daha bir qol vurub – 4:1.