Millimiz Avstriya ilə bacarmadı
Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız AVRO-2024-ün seçmə mərhələsinin VIII turunda meydana çıxıb.
Canni de Byazinin yetirmələri evdə Avstriya ilə görüşüb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın taleyi ikinci 45 dəqiqədə həll olunub. Marsel Sabitzerin penalti zərbəsi qonaqlara üç xal qazandırıb – 1:0. Avstriya bu qələbə ilə Belçikanın ardından ilk iki pillədən birini və AVRO-2024-ə vəsiqəni təmin edib.
Qeyd edək ki, 6 oyunda 4 xal toplayan millimiz F qrupunun turnir cədvəlində 4-cüdür.