Millimiz Avropa çempionu oldu

Millimiz Avropa çempionu oldu

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Kosovonun paytaxtı Priştinada Avropa kuboku (2025) təsnifat mərhələsinin qalibi olub. Daha əvvəl meydan sahibi – Kosovo millisi ilə oyunda qələbə qazanan (22:10) yığmamız turnirin yarımfinalında Maltanı 21:11, finalda Kipri 21:18 hesabları ilə məğlub edib.

Təsnifat mərhələsinin ən dəyərli qadın basketbolçusu (MVP) millimizin üzvü Brianna Freyzer seçilib.

Bu çempionluqla bərabər qızlarımız Avropa kubokunun final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, Avropa kubokunun (2025) final mərhələsi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Portuqaliya Millətlər Liqasının qalibi oldu

Növbəti yazı

Ronaldodan yeni rekord