Millimiz 9 pillə irəlilədi
Dünya Qadın Seriyasının Sumqayıt mərhələsindən sonra basketbolun 3×3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb. Azərbaycan millisi də siyahıda yer alıb.
Mərhələnin qalibi olan yığmamız dünyada 12-cidir. Komandanın hesabında 203,814 xal var. Millimiz ötən siyahı ilə müqayisədə aktivinə 72,556 xal əlavə edib, 9 pillə irəliləyib.
Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir – 519,638 xal.












