Millimiz 3 pillə gerilədi

Millimiz 3 pillə gerilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb. Azərbaycan yığması yeni siyahıda 122-ci pillədə qərarlaşıb.

Komandamızın hesabında 1148 xal var. Fernandu Santuşun yetirmələri ötən siyahı ilə müqayisədə 3 pillə geriləyib. Yığmamız 2,64 xal itirib.

Buna iyunda keçirilən yoldaşlıq oyunları səbəb olub. Millimiz evdə Macarıstana 1:2 uduzub, səfərdə Latviya ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, siyahıya Argentina başçılıq edir (1885,36).

ETOPAZ

Əvvəlki yazı

Ançelottiyə 1 il həbs cəzası

Növbəti yazı

“Mingəçevir”in baş məşqçisi bəlli oldu