Millimiz 114-cü pillədə
Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Yığmaların noyabr reytinqindəki təxmini mövqeləri bəlli olub.
Azərbaycan yığması 1174,22 xalla 114-cü yerdə qərarlaşacaq. Canni de Byazinin rəhbərliyi altında son iki oyununa çıxan millimiz ötən cədvəllə müqayisədə 6 pillə irəliləyəcək.
Buna səbəb AVRO-2024-ün seçmə mərhələsinin bu ay baş tutan iki matçıdır. Evdə İsveçi 3:0 hesabı ilə yenən millimiz səfərdə Belçikaya uduzsa da (0:5), həm xal sayını, həm mövqeyini yaxşılaşdıracaq. Komandamız 6 yığmanı – Namibiya, KXDR, Anqola, Toqo, Estoniya və Qambiyanı arxada qoyacaq.