Millimiz 11 pillə irəlilədi

Millimiz 11 pillə irəlilədi

Dünya Qadın Seriyasının Buxarest mərhələsindən sonra basketbolun 3×3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.

Azərbaycan millisi də siyahıda yer alıb.

Mərhələnin qalibi olan yığmamız dünyada 21-cidir. Komandanın hesabında 131,248 xal var. Millimiz ötən siyahı ilə müqayisədə aktivinə 47,257 xal əlavə edib, 11 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir – 547,624 xal.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 19.07.2025

Növbəti yazı

Fransa “Roma”nın hədəfində