Millimiz 1/4 finalda

Millimiz 1/4 finalda

Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasında növbəti oyununa çıxıb. Komandamız C qrupunda ikinci matçda Ukrayna yığması ilə qarşılaşıb.

Basketbolçularımız gərgin keçən qarşılaşmada 21:20 hesabı ilə qalib gələrək, qrup lideri olublar. İlk görüşdə Sinqapuru məğlub edən millimiz 1/4 finala yüksəlib.

Millimizin pley-offdakı rəqibi Çin olacaq.

Dünya Qadın Seriyası
12 iyul

11:00. Sinqapur – Azərbaycan – 10:22
21:15. Azərbaycan – Ukrayna – 21:20

Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində “Tsukuba”ya (Yaponiya) 21:10, “Lozanna”ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“İmişli”dən yeni transfer

Növbəti yazı

Yığmamızdan qələbə