Millimiz 1/4 finalda
Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız Bakıda keçirilən dünya çempionatının 1/8 final matçına çıxıb.
Elşad Quliyevin yetirmələri Rumıniya ilə görüşüb.
Millimiz son dünya çempionu ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasında rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.
Dünya çempionatı
1/8 final
20:30. Azərbaycan – Rumıniya – 1:1, p. 3:1
Qollar: Ramiz Çovdarov, 29 – Robi Mariuş, 13
Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda İngiltərə – Bolqarıstan matçına qalib gələn komanda ilə üz-üzə gələcək.