Millimiz əsas qrupa yüksəldi
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə start verilib.
Yarışda mübarizə aparan Azərbaycan millisi ilkin mərhələ oyunlarını qələbə ilə başa vurub.
Təmsilçimiz “Tsukuba” (Yaponiya) və “Lozanna” (İsveçrə) üzərində inanmlı qələbə qazanıb.
Dünya Qadın Seriyası
11 iyul
13:20. Azərbaycan – “Tsukuba” (Yaponiya) – 21:10
15:00. Azərbaycan – “Lozanna” (İsveçrə) – 21:11
Nəticədə yığmamız əsas qruplara vəsiqə qazanıb. Basketbolçularımızın rəqibi C qrupunda Sinqapur və Ukrayna milliləri olacaq.
Qeyd edək ki, Buxarest mərhələsində iştirak Avropa Kubokunun oyunlarına hazırlıq məqsədi daşıyır.













