Millidə yeni kapitan
Fransa millisinin yeni kapitanı müəyyənləşib. “Üçrənglilər”də sarğını Kilian Mbappe daşıyacaq.
Bu barədə qərarı baş məşqçi Didye Deşam verib. O, 24 yaşlı hücumçunun kapitan olmasını məqsədəuyğun sayıb.
Mbappeyə qədər yığmada bu vəzifənin sahibi Uqo Loris idi. Qapıçı DÇ-2022-nin finalından sonra milli karyerasını başa vurub.