Millidə yeni baş məşqçi

Millidə yeni baş məşqçi

Slovakiya millisinin yeni baş məşqçisi müəyyənləşib. Bunu Slovakiya Futbol Assosiasiyası açıqlayıb.

Millətlər Liqasında Azərbaycana rəqib olan yığmanı italiyalı Françesko Kaltsona çalışdıracaq. 53 yaşlı mütəxəssislə 2023-cü ilin sonunadək müqavilə imzalanıb.

O, millini AVRO-2024-ə çıxarsa, sözləşmə turnirin sonuna qədər uzadılacaq.

Kaltsona bu vəzifədə 49 yaşlı slovakiyalı Stefan Tarkoviçi əvəzləyib. O, əvvəllər “Perucia”, “Alessandriya”, “Sorrento”, “Empoli”, “Napoli” və “Kalyari” kimi klublarda köməkçi məşqçi vəzifəsində çalışıb.

ETOPAZ

Əvvəlki yazı

Obameyanq əməliyyat olunacaq

Növbəti yazı

İkardi “Qalatasaray”a gedir