Millidə itki
Niderland millisi itki ilə üzləşib. Yığmanın futbolçusu Jorjinyo Veynaldum DÇ-2022-ni buraxacaq.
Onun bu il Qətərdə keçiriləcək mundialı buraxmasına zədəsi səbəb olub. “Roma”da çıxış edən 32 yaşlı yarımmüdafiəçi bu üzdən 2023-cü ilin əvvəlinədək meydanlardan kənar qalacaq.
Veynaldum məşq zamanı xəsarət alıb. Onun sağ ayağında sümüyü qırılıb.