Millidə iki itki
Fransa yığması itkilərlə üzləşib. Qapıçı Mayk Menyan və hücumçu Usman Dembele Millətlər Liqasının növbəti oyununu buraxacaq.
Hər iki futbolçu V turun Avstriya ilə matçında (2:0) xəsarət alıb. Bu üzdən Menyanla Dembele son turun Danimarka ilə qarşılaşmasında forma geyinməyəcək.
Qolkiper zədə üzündən 3-4 həftə buraxacaq. Forvardın durumu isə hələ tam dəqiqləçməyib.