Millidə ayrılıq
Peru millisində ayrılıq baş verəcək. Yığmanın çalışdırıcısı Xuan Reynoso yaxın günlərdə postunu tərk edəcək.
Buna səbəb komandanın uğursuz çıxışıdır. Ölkənin futbol federasiyası 53 yaşlı mütəxəssisin agenti ilə təxminən 2 milyon dollarlıq müqaviləyə xitam vermək üçün danışıqlar aparır.
Peru millisi DÇ-2026-nın seçmə mərhələsində 2 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.