Millidə 71-ci qol
Harri Keyn İngiltərə millisində 71-ci qolunu vurub. 31 yaşlı hücumçu DÇ-2026-nın Latviya ilə seçmə oyununda fərqlənib.
Bu matçda İngiltərə Latviyanı 3 cavabsız qolla məğlub edib. Keyn yığmasının ən yaxşı bombardiridir. Harri 104 matçda 71 qola sevinib.
Maraqlıdır ki, daha bir nəhəngin – Almaniya millisinin bombardiri Miroslav Kloze də eyni sayda qol vurub. Amma Keynin çatdığı almaniyalı 137 oyunda 71 dəfə fərqlənib.













