Millidə 25 ildə ilk dəfə
Türkiyə millisi Millətlər Liqasının ikinci turunda Farer adalarını 4:0 məğlub edib. “Ay-ulduzlular” keçirdiyi son 2 oyunda rəqib qapılarına ümumən 10 qol vurub.
Yığma Litvanı 6:0 hesabı ilə məğlub edib. Ardından Farer adalarına qarşı növbəti görüşdə rəqib qapısından 4 cavabsız qol keçirib. Bununla da türklər 25 ildən sonra bir ilkə imza atıb.
Türkiyəlilər son dəfə 1997-ci ildə – DÇ-1998-in seçmə mərhələsində dalbadal iki oyunda 10 və daha çox qol vura bilmişdi (Uels – 6:4, San Marino – 5:0).