Millidə 10-cu bombardir
Kevin de Bruyne Belçika millisinin 10-cu bombardiri olub. O, Millətlər Liqasının Polşa ilə qarşılaşmasında bir qol vurub.
Bu, Kevinin millidə 24-cü qolu olub. Yarımmüdafiəçi yığma tarixinin 10-cu bombardiri olmaq imkanı verib. Rekord isə 68 dəfə fərqlənən Romelu Lukakuya məxsusdur.
Qeyd edək ki, Belçika Polşanı 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.