Millidə ən çox qol vuran futbolçular

Millidə ən çox qol vuran futbolçular


Milli komandaların heyətində ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Cədvələ Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Onun aktivində 111 qol var. Daha bir futbolçu – iranlı Əli Daei də yığmada 100 qol səddini arxada qoyub. Asiyalı 109 dəfə fərqlənib.
75 və daha çox qol vuranların sayı 12-dir. Onlardan yalnız üçü karyerasını davam etdirir. Ronaldodan başqa Ali Mabut və Lionel Messi yığmada 75 qol səddini fəth edib. Onların hər ikisi 76 dəfə fərqlənib. Növbəti qol onları futbol kralı Peleyə şərik edəcək.
Milli komandada 75 və daha çox qol vuranlar

  1. Kriştiano Ronaldo (Portuqaliya) – 111
  2. Əli Daei (İran) – 109
  3. Moxtar Dahari (Malayziya) – 89
  4. Ferents Puşkaş (Macarıstan) – 84
  5. Qodfri Çitalu (Zambiya) – 79
  6. Husseyn Saed (İraq) – 78
  7. Pele (Braziliya) – 77
    8-9. Ali Mabut (BƏƏ) – 76
    Lionel Messi (Argentina) – 76
    10-12. Şandor Koçiş (Macarıstan) – 75
    Kunişiqe Kamamoto (Yaponiya) – 75
    Başar Abdullah (Küveyt) – 75

ETOPAZ

Əvvəlki yazı

Pyaniçə “Beşiktaş” variantı

Növbəti yazı

İtaliya dünya rekordunu təkrarladı