Milli komandanın cəzası yüngülləşdirildi
Meksika milli komandasının cəzası yüngülləşdirilib. Bu barədə qərarı FİFA-nın İntizam Komitəsi verib. Azarkeşlərin qeyri-etik şüarlar səsləndirməsi üzündən iki oyunu tamaşaçısız keçirməli olan yığmanın cəzası bir matça qədər azaldılıb. DÇ-2022-nin seçmə mərhələsinin sentyabrın 3-də keçiriləcək Meksika – Yamayka oyunu boş tribunalar önündə baş tutacaq.
Olimpiya Təsnifat Turnirinin Dominikan Respublikası və ABŞ-la qarşılaşmalarında qeyri-etik davranan azarkeşlər Meksika Futbol Federasiyasının 60 min İsveçrə frankı cərimələnməsinə də səbəb olub.