Milenkoviç “Yunventus”un hədəfində
“Yuventus” heyətini gücləndirmək üçün çalışmalara davam edir. İtaliya nəhəngi “Fiorentina”nın müdafiəçisi Nikola Milenkoviçi transfer hədəfi kimi müəyyənləşdirib.
Çalışdırıcı Massimiliano Alleqri 24 yaşlı serbiyalını komandasında görmək istəyir. Qeyd olunur ki, “Yuve”nin nümayəndələri artıq potensial müqaviləni müzakirə etmək üçün futbolçunun agenti ilə əlaqə saxlayıb.