“Milan”la “Tottenhem” arasında fikir ayrılığı
“Milan” Cafet Tanqanqanın transferi üçün danışıqları bərpa edib. İtaliya klubu müdafiəçini sonradan almaq hüququ ilə icarəyə götürmək istəyir.
“Tottenhem” isə bu keçidə fərqli fikirdədir. İngiltərə təmsilçisi oyunçunun birbaşa satışında maraqlıdır.
Qeyd edək ki, Tanqanqa İtaliyanın digər klublarının da maraq dairəsindədir.